07 İyun 2026
Ölkə futbolu

“Ağdaş” futbolçuları Rəhman Əliyevin ad günündə qələbə qazandı – FOTOLAR

Azərbaycan II Liqası növbəti turunda  “Ağdaş” doğma meydanda “Göygöl”ü qəbul edib.

İdmanxeber.az-ın məlumatına görə, görüş ev sahibi komandanın qələbəsilə başa çatıb – 2:0. Bununla da Ağdaş təmsilçisi cari mövsüm doğma meydanda ilk qələbəsini qazanıb.

Matçın ardından futbolçular klubun təsisçisi və sabiq prezidenti Rəhman Əliyevin məzarını ziyarət edib. Komanda üzvləri bu qələbəni bu gün ad günü olan mərhum Əliyevə həsr ediblər.

Xatırladaq ki, R.Əliyev ötən ilin yayında  çayda boğularaq həlak olmuşdu.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43