Bu gün Azərbaycan kubokunda 1/8 final mərhələsinin oyunlarına start verilib.
İdmanxeber.az xəbər verir ki, ilk günə nəzərdə tutulan 2 matçdan 1-i artıq yekunlaşıb.
I Liqada mübarizə aparan “Şahdağ Qusar” “Turan Tovuz”u sınağa çəkib. Sumqayıtdakı “SOCAR Polymer Arena”da baş tutan matçda “Turan Tovuz” 2:1 hesablı qələbə ilə 1/4 finala adlayıb. Tovuz təmsilçisi növbəti mərhələdə “Araz-Naxçıvan” – “Kəpəz” cütünün qalibi ilə qarşılaşacaq.
Günün digər matçı isə Zirədə baş tutub. Bu mərhələnin ən prinsipial qarşıdurmasında “Zirə” “Neftçi”ni məğlub edib – 1:0.
Qeyd edək ki, 1/8 final mərhələsi bir oyundan ibarətdir.
Əlavə edək ki, bu mərhələdə yalnız Misli Premyer Liqasının iştirakçılarının bir-biri ilə oynadığı görüşlərdə VAR sistemi tətbiq olunacaq.
Azərbaycan kuboku
1/8 final
2 dekabr
19:00. “Zirə” – “Neftçi” – 1:0
Qol: Martins Junior, 116
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Eyyub İbrahimov, Kamranbəy Rəhimov
VAR: Rauf Cabarov
AVAR: Elşad Abdullayev
Zirə İdman Kompleksinin stadionu
15:00. “Şahdağ Qusar” – “Turan Tovuz” – 1:2
Qollar: Ayxan Hüseynov, 4-pen (0:1), Aleks Souza, 64 (0:2), F.Camalov , 76 (1:2)
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Kərim Zeynalov, Kamran Əliyev
“SOCAR Polymer Arena”

