Dortmund “Borussiya”sının müdafiəçisi Niko Şlotterbekin klubla yeni müqavilə imzalamayacağı bildirilir.
İdmanxeber.az-ın məlumatına görə, 26 yaşlı futbolçu anlaşmanı uzatmasa, gələn yay daha münasib qiymətə komandadan ayrıla bilər.
Şlotterbekə ən ciddi maraq göstərən klublardan biri “Barselona”dır. Baş məşqçi Hans-Diter Flik alman müdafiəçini transfer etməkdə israrlıdır.
Şlotterbek bu mövsüm 13 oyunda 2 ötürmə ilə yadda qalıb. Onun “Borussiya” ilə müqaviləsi 2027-ci ildə başa çatır.

