07 İyun 2026
Dünya futbolu

“Real” axtardığını Bundesliqada tapdı

Frankfurt “Ayntraxt”ının müdafiəçisi Nataniel Braun “Real”ın transfer siyahısına düşüb.

İdmanxeber.az xəbər verir ki, “Sky Sport Germany”yə görə Madrid klubu 21 yaşlı futbolçunu “Köln” və “Atalanta” ilə matçlarda izləyib. “Real”ın yayda Braun üçün təklif verməsi gözlənilir.

“Ayntraxt” onu 60–70 milyon avroya qiymətləndirir. Braun bu mövsüm 18 oyunda 1 qol və 3 asist edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43