“Qarabağ”ın qapıçısı Mateuş Koxalski Çempionlar Liqasındakı oyunları ilə Avropa klublarının diqqətini çəkib.
İdmanxeber.az xəbər verir ki, 25 yaşlı polşalı qolkiperə “Borussiya” (Dortmund), “Benfika” və “Napoli” maraq göstərir.
Ağdam təmsilçisinin qışda onu komandada saxlayıb-saxlamayacağı hələ dəqiqləşməyib.
Koxalskinin “Qarabağ”la müqaviləsi 2026/27 mövsümünün sonunadəkdir və klubun anlaşmanı bir il uzatmaq opsionu var.

