Banqladeşdə təlim-məşq toplanışında olan qadın futbolçulardan ibarət Azərbaycan milli komandası “FIFA Tri Nations Women’s Football Series 2025” turnirində ikinci oyuna çıxıb.
İdmanxeber.az-ın məlumatına görə, millimiz paytaxt Dəkkədə yerləşən Milli Stadiondakı son matçında yerli komanda ilə qarşılaşıb. İlk görüşündə Malayziya yığması üzərində 2:0 hesablı qələbə qazanan Siyasət Əsgərovun yetirmələri Banqladeş yığmasını da 2:1 hesabı ilə məğlub edib.
Komandamızın heyətində qolları 19-cu dəqiqədə Sevinc Cəfərzadə və 84-cü dəqiqədə Esra Manya vurub. Bununla da millimiz 6 xalla “FIFA Tri Nations Women’s Football Series 2025” turnirinin qalibi olub.

