Azərbaycan II Liqası növbəti turunda “Ağdaş” doğma meydanda “Göygöl”ü qəbul edib.
İdmanxeber.az-ın məlumatına görə, görüş ev sahibi komandanın qələbəsilə başa çatıb – 2:0. Bununla da Ağdaş təmsilçisi cari mövsüm doğma meydanda ilk qələbəsini qazanıb.
Matçın ardından futbolçular klubun təsisçisi və sabiq prezidenti Rəhman Əliyevin məzarını ziyarət edib. Komanda üzvləri bu qələbəni bu gün ad günü olan mərhum Əliyevə həsr ediblər.
Xatırladaq ki, R.Əliyev ötən ilin yayında çayda boğularaq həlak olmuşdu.


