07 İyun 2026
Dünya futbolu

“Real” Vinisiusla anlaşa bilmir

“Real”ın futbolçusu Vinisius Juniorun müqaviləsinin uzadılması ilə bağlı anlaşa bilmir.

İdmanxeber.az-ın məlumatına görə, tərəflər arasında danışıqlar dayanıb. Növbəti görüşün dünya çempionatının ardından baş tutacağı gözlənilir. 

Bildirilir ki, tərəflər 2025-ci ilin mayında illik 20 milyon avro maaş və 10 milyon avro bonus qarşılığında razılığa yaxın olublar.

Lakin son anda futbolçunun agentləri əlavə bonus tələb etdikləri üçün danışıqlar yekunlaşmayıb.

Qeyd edək ki, braziliyalı vingerin hazırkı müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43