06 İyun 2026
Dünya futbolu

“İnter” millinin qapıçısını istəyir

“Tottenhem”in qapıçısı Qulyelmo Vikario ölkəsinə dönə bilər.

İdmanxeber.az-ın məlumatına görə, “İnter” italiyalı qolkiperin transferini istəyir.

London klubu 29 yaşlı oyunçu üçün 25 milyon avro tələb edir və satmağa qarşı deyil.

Vikario 2023-cü ildə “Empoli”dən “Tottenhem”ə keçib və bu mövsüm 20 rəsmi oyunda çıxış edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43