28 İyul 2026
Dünya futbolu

“Liverpul” şotlandiyalı müdafiəçini buraxmır

“Liverpul” Endryu Robertsonla yolları ayırmaq niyyətində deyil.

İdmanxeber.az  xəbər verir ki, klub şotlandiyalı müdafiəçiyə yeni müqavilə təklif edib və tərəflər arasında ilkin razılıq əldə olunub.

Hazırkı anlaşması 2026-cı ilin iyununa qədər qüvvədə olan Robertsonun da “Liverpul”da qalmaq istədiyi bildirilir.

Qeyd edək ki, Şotlandiya millisinin kapitanı 2017-ci ildən Mersisayd təmsilçisinin formasını geyinir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43