27 İyul 2026
Dünya futbolu

Fransa klubu Ramosla danışıq aparır

İspaniya millisinin və “Real”ın sabiq müdafiəçisi Serxio Ramos Avropaya qayıda bilər.

İdmanxeber.az xəbər verir ki, 39 yaşlı futbolçu ilə Fransanın “Nitsa” klubu maraqlanır və tərəflər arasında danışıqlar gedir. “Nitsa” Ramosu müdafiə xəttini gücləndirmək üçün əsas namizədlərdən biri hesab edir.

Qeyd edək ki, Ramosun son klubu Meksikanın “Monterrey”i olub. O, karyerası ərzində “Real”, “Sevilya” və PSJ-də də çıxış edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43