27 İyul 2026
Ölkə futbolu

Polşa klubu Koxalskidən vaz keçdi 

“Qarabağ”ın qapıçısı Mateuş Koxalski Polşa klubunun hədəfindədir.

İdmanxeber.az-ın məlumatına görə, bu barədə yerli “mecze24.pl” nəşri xəbər dərc edib. Bildirilir ki, “Vidze” (Lodz) klubu təcrübəli qolkiperin transferində maraqlıdır.

Ancaq Lodz təmsilçisi qışda bu transferdən vaz keçib. Komanda hazırda bunun mümkün olmayacağı düşünür. 

Polşa klubu Koxalski üçün yayda hərəkətə keçəcək. Təcrübəli qolkiper də ona qədər “Qarabağ”da qalmağa qərar verib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43