“Mançester Siti” Antuan Semenyonun transferini rəsmən açıqlayıb.
İdmanxeber.az xəbər verir ki, “şəhərlilər” “Bornmut”un vingeri ilə 5,5 illik müqavilə imzalayıb. Transferin dəyərinin 75 milyon avro olduğu bildirilir.
Qana millisinin üzvü olan 25 yaşlı futbolçu “Çelsi”, “Tottenhem”, “Liverpul” və “Mançester Yunayted”in təkliflərini geri çevirərək Xosep Qvardiolanın komandasında oynamağı seçib.
Semenyo bu mövsüm Premyer Liqada 20 oyunda 10 qol və 3 assistlə yadda qalıb.

