28 İyul 2026
Ölkə futbolu

“Neftçi”dən böyükhesablı qələbə

Mövsümün ikinci hissəsinin hazırlıqlarını Əbu Dabidə keçirən “Neftçi” bu gün 2026-cı il üçün ilk yoxlama oyununa çıxıb.

İdmanxeber.az xəbər verir ki, “ağ-qaralar”ın i“Kayrat”la (Qazaxıstan) qarşılaşıb. Matç “Neftçi”nin 3:0 hesablı qələbəsi ilə başa çatıb. 

“Ağ-qaralar”ın qollarını 67-ci dəqiqədə  Ağadadaş Salyanski, 89-cu dəqiqədə Vensan Abubakar və 90+2-ci dəqiqədə Murad Məmmədov vurublar.

“Neftçi” toplanış çərçivəsində daha 2 yoxlama oyunu keçirəcək. Paytaxt təmsilçisiin digər iki rəqibi isə Misir və Çin klubları olacaq. Həmin kollektivlərlə qarşılaşmalar yanvarın 12-si və 16-na planlaşdırılıb.

“Neftçi” sonuncu görüşlə Əbu-Dabi toplanışını başa vuracaq və yanvarın 17-də Azərbaycana qayıdacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43