28 İyul 2026
Dünya futbolu

“İnter”in üzvü Premyer Liqa yolunda

“İnter”in yarımmüdafiəçisi Davide Frattezi karyerasını İngiltərədə davam etdirə bilər.

İdmanxeber.az xəbər verir ki, 26 yaşlı futbolçu ilə Premyer Liqa təmsilçisi “Nottingem Forest” maraqlanır.

İngiltərə klubu artıq “İnter”lə danışıqlara start verib. Milan təmsilçisi Frattezini təxminən 35 milyon avro qarşılığında satmağa hazırdır.

İtaliyalı yarımmüdafiəçi bu mövsüm A Seriyasında 9 oyuna çıxıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43