28 İyul 2026
Ölkə futbolu

Polşa klubu Renatı heyətə salmadı – Millimizin hücumçusu klub axtarır 

Millimizin hücumçusu Renat Dadaşovun çıxış etdiyi Polşanın “Motor” klubu yoxlama oyunu keçirib.

İdmanxeber.az-ın məlumatına görə, komanda “Vola” ilə üz-üzə gəlib. Görüş “Motor”un böyük hesablı qələbəsilə başa çatıb – 5:1.

Azərbaycanlı hücumçu bu matçı kənardan izləyib. Onun adı oyunun iştirak ərizəsinə daxil edilməyib.

Polşa mətbuatı bir müddət öncə Dadaşovun komandaya lazım olmadığını və onun göndəriləcəyini yazıb. Daha öncə hücumçunun “Qarabağ”a təklif edildiyi bildirilsə də, dünən Qurban Qurbanov bu iddiaları təkzib etdi. 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43