28 İyul 2026
Dünya futbolu

İlin ən yaxşı futbolçusu – Haaland

Norveçdə 2025-ci ilin ən yaxşı kişi və qadın futbolçuları açıqlanıb.

İdmanxeber.az-ın məlumatına görə, ilin ən yaxşı kişi futbolçusu mükafatına “Mançester Siti”nin hücumçusu Erlinq Haaland layiq görülüb. 25 yaşlı forvard bu ada ardıcıl 6-cı dəfə sahib çıxıb.

Qadınlar arasında isə “Barselona”nın vingeri Karolin Qrem Hansen ilin ən yaxşısı seçilib. O, son 7 ildə 6-cı dəfə bu mükafatı qazanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43