Belaruslu hücumçu, Minsk “Dinamo”sunun futbolçusu Karen Vardanyan Bakı təmsilçisi “Neftçi”nin maraq dairəsinə düşdüyü barədə xəbərlər dolaşır. Yerli mətbuat oyunçunun Bakı təmsilçisinin transfer siyahısında olduğunu iddia edib.
Ancaq əldə etdiyimiz məlumata görə, yazılanlar doğru deyil. İdmanxeber.az-a verilən məlumata görə, Vardanyan “Neftçi”nin transfer siyahısına daxil deyil.
Xatırladaq ki, futbolçuya Belarusun “Vitebsk” klubu da maraq göstərir. 25 yaşlı hücumçu 2025-ci il mövsümündə “Dinamo”nun ən məhsuldar futbolçusu olub.
O, bütün turnirlərdə 35 oyunda 10 qol vuraraq komandasının ən yaxşı bombardiri adına yiyələnib.

