23 İyul 2026
Dünya futbolu

“Fənərbağça”ya 20 milyonluq təklif

“Fənərbağça”nın hücumçusu Yussef En-Nesiri İngiltərə Premyer Liqasında oynaya bilər.

İdmanxeber.az xəbər verir ki, “Everton” 28 yaşlı mərakeşli forvardı transfer etmək üçün rəsmi danışıqlara başlayıb və “Fənərbağça”ya 20 milyon avroluq satınalma bəndi ilə icarə təklifi göndərib.

Qeyd edək ki, En-Nesiri 2024-cü ilin yayında “Sevilya”dan 19,5 milyon avroya transfer olunub və cari mövsümdə 25 oyunda 8 qol, 1 assistlə yadda qalıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43