“Çelsi” yay transfer pəncərəsində böyük keçidlərə hazırlaşır.
İdmanxeber.az xəbər verir ki, London klubu mövsümlərarası fasilə üçün heyəti gücləndirmə planları qurur. Əsas hədəflər arasında “Yuventus”un türkiyəli hücumçusu Kənan Yıldız və “Mançester Yunayted”in yarımmüdafiəçisi Kobbi Mainu yer alır.
“Transfermarkt”a görə, Kənanın bazar dəyəri 75 milyon avro, Mainunun isə 40 milyon avrodur.
Hər iki futbolçunun 20 yaşı var və “Çelsi” yayda onlardan birinin transferi üçün hərəkətə keçə bilər.

