Almaniyalı mütəxəssis Yurgen Klopp “Real”da işləməyə müsbət yanaşır.
İdmanxeber.az xəbər verir ki, 58 yaşlı çalışdırıcı həm Madrid klubundan, həm də Almaniya millisindən gələcək təkliflərə açıqdır.
Qeyd edək ki, “Real” Xabi Alonso ilə yollarını ayırıb və komandaya hazırda Alvaro Arbeloa rəhbərlik edir. Klub La Liqada 19 turdan sonra 45 xalla ikinci yerdədir.

