IFFHS klubların dünya reytinqini açıqlayıb.
İdmanxeber.az xəbər verir ki, Azərbaycan təmsilçilərindən “Qarabağ” geriləyərək 182,5 xalla 69-cu pillədə qərarlaşıb. “Zirə” də mövqeyini itirib – 66,75 xalla 389-cu yer.
Buna qarşılıq “Sabah” 93,5 xalla ciddi irəliləyiş edib və 224-cü sıraya yüksəlib. “Araz-Naxçıvan” (60,25 xal) 456-cı, “Neftçi” (51,25 xal) isə 553-cü pillədə yer alıb.
Reytinqə 613 xalla PSJ başçılıq edir.

