“Qalatasaray” qış transfer pəncərəsində Hakan Çalhanoğlunu heyətinə qatmaq niyyətindən geri çəkilmir.
İdmanxeber.az xəbər verir ki, bu məqsədlə İtaliyaya səfər edən klub rəsmisi Abdullah Kavukcu ilə yanaşı, futbolçunun meneceri Qardi də danışıqları intensivləşdirib.
31 yaşlı yarımmüdafiəçinin transferi üçün daha bir təklif təqdim edən “sarı-qırmızılılar” keçidi təxminən 15 milyon avro qarşılığında reallaşdırmağı planlaşdırır.

