Azərbaycan II Liqa təmsilçisi “Şəmkir”də ciddi maliyə problemləri var.
İdmanxeber.az-a verilən məlumata görə, komandada heyətin əsas üzvləri klubu tərk edib. Rəhbərlik onların maaşlarını vermək niyyətində deyil.
Oyunçular isə heç kimdən cavab ala bilmir. Futbolçulardan bir neçəsi bu barədə saytımıza müraciət edib:
“Rəhbərlikdən heç kim maaşla bağlı bizə nəsə demir. Əlaqə saxlaya bilmirik. Dəfələrlə zəng edirik, yazırıq amma nəticə yoxdu. Rəhbərlik nömrələrimizi “blok”a atır”.
“Şəmkir” II Liqada 25 xalla beşinci sırada qərarlaşıb.
Qeyd: Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

