22 İyul 2026
Ölkə futbolu

“Sumqayıt” üç oyunda 11 qol buraxdı

“Sumqayıt” Antalya toplanışı çərçivəsində bu gün sonuncu yoxlama oyununu keçirib.

İdmanxeber.az xəbər verir ki, Saşa İliçin rəhbərlik etdiyi kollektiv “Osiyek”la qarşılaşıb. Matç Xorvatiya klubunun 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, “Sumqayıt” Türkiyədə daha iki hazırlıq matçına çıxıb. “Kimyaçılar” “Pakş”a (Macarıstan) 1:5, OFK-ya (Serbiya) 1:4 hesabı ilə uduzub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43