21 İyul 2026
Dünyadan

PSJ-nin hücumçusu Premyer Liqa yolunda

PSJ-nin hücumçusu Qonçalo Ramos Premyer Liqaya transfer oluna bilər.

İdmanxeber.az xəbər verir ki, “Aston Villa” 24 yaşlı portuqaliyalı futbolçu ilə maraqlanır və bu ay rəsmi təklif verməyə hazırlaşır.

Ramos 2024-cü ildə “Benfika”dan PSJ-yə 65 milyon avroya transfer olunub. Onun Paris klubu ilə müqaviləsi 2028-ci ilin iyununa qədərdir.

Hücumçu bu mövsüm 28 oyunda 10 qol və 1 assistlə yadda qalıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43