22 İyul 2026
Ölkə futbolu

Azərbaycanlı hakimə Avropa çempionatının final mərhələsində növbəti təyinat

Azərbaycanın FİFA referisi Hikmət Qafarlı Avropa çempionatının final mərhələsi çərçivəsində növbəti təyinatını alıb.

İdmanxeber.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Həmyerlimiz B qrupunda keçiriləcək Ukrayna – Litva qarşılaşmasının birinci hakimi olacaq. Ona İngiltərədən Peter Nurs və İtaliyadan Çiara Perona kömək edəcəklər. Görüş yanvarın 25-də, saat 19:00-da Kaunasdakı 17 500 azarkeş tutumu olan “Jalgiris Arena”da baş tutacaq.

Qafarlının ilk təyinatı yanvarın 22-də həmin arenada keçirilmiş Ermənistan – Ukrayna görüşünə olmuşdu. Həmin matçda timekeeper funksiyasını yerinə yetirən referi bu dəfə final mərhələsində ilk dəfə meydanda əsas hakim kimi debüt edəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43