23 İyul 2026
Dünya futbolu

“Beşiktaş” Premyer Liqadan oyunçu aldı – RƏSMİ

“Beşiktaş” heyətini gənc müdafiəçi ilə gücləndirib.

İdmanxeber.az xəbər verir ki, İstanbul klubu “Aston Villa”dan Yasin Özcanı satınalma şərti ilə icarəyə götürüb. 19 yaşlı mərkəz müdafiəçisi mövsümün ikinci yarısını “qara qartallar”ın heyətində keçirəcək və artıq ilk məşqinə çıxıb.

Yasin Özcan 2025-ci ilin yayında “Kasımpaşa”dan 7 milyon avroya “Aston Villa”ya transfer olunmuşdu.

Türkiyə U-21 millisinin üzvü mövsümün ilk yarısında “Anderlext”də icarədə çıxış edib


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43