22 İyul 2026
Dünya futbolu

“Ayntraxt”ın baş məşqçisi bəlli oldu

“Ayntraxt” Albert Rieranı baş məşqçi təyin edib.

İdmanxeber.az xəbər verir ki, 43 yaşlı mütəxəssis Dino Toppmölleri əvəzləyib və Frankfurt klubu ilə 2028-ci ilin iyununa qədər müqavilə imzalayıb.

Riera fevralın 1-də “Çelye”nin baş məşqçisi kimi son oyununa çıxacaq. Komanda Sloveniya çempionatına 12 xallıq fərqlə liderlik edir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43