23 İyul 2026
Ölkə futbolu

“Qarabağ”ın yeni transferi Bakıya gəlir – Fransalı müdafiəçi ilə anlaşıldı

“Qarabağ” heyətini yeni futbolçu ilə gücləndirmək üzrədir.

İdmanxeber.az-ın məlumatına görə, Ağdam klubu “AEK Larnaka”da çıxış edən sol cinah müdafiəçisi Jeremi Qnalini transfer etmək istəyir. Tərəflər arasındakı danışıqlar müsbət nəticələnib.

Jeremi Qnalinin yaxın günlərdə Bakıda olması gözlənilir. Transfer barədə dünən axşam Qurban Qurbanov da açıqlama vermişdi.

23 yaşlı futbolçu cari mövsüm “AEK Larnaka”da bütün turnirlərdə 20 oyunda çıxış edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43