20 İyun 2026
Ölkə futbolu

Bölgə klubunda ciddi problem – Komandanı stadiona buraxmırlar

Azərbaycan II Liqasında çıxış edən “Şəki Siti” ciddi problemlə üzləşib.

İdmanxeber.az-a verilən məlumata görə, bölgə təmsilçisi ev oyunlarını doğma meydanda keçirmək istəsə də, buna izin verilmir. Belə ki, Gənclər və İdman Nazirliyinin balansında olan arena klubun xidmətinə verilməyə bilər.

Nazirliyin hansı səbəbdən belə bir qərar verdiyi bəlli deyil. Mövsümün ikinci yarısında rəqiblərini Şəkidə qəbul etmək istəyən bölgə təmsilçisi hazırda çətin vəziyyətə düşüb.

Xatırladaq ki, Azərbaycanda keçirilən MDB oyunları sonrası Şəki şəhər stadionunda yenidənqurma işləri aparılmışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43