21 İyun 2026
Ölkə futbolu

“Qarabağ”dan Bəhlul açıqlaması – Durumu ciddidir

UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində keçirilən “Qarabağ” – “Nyukasl” oyununun 22-ci dəqiqəsində zədələnərək əvəzlənən Bəhlul Mustafazadənin durumuna aydınlıq gəlib.

İdmanxeber.az-ın məlumatına görə, tibbi müayinələrin nəticəsinə əsasən, Bəhlul Mustafazadənin sol budunun adduktor əzələlərində və qasıq nahiyəsində zədə müəyyən edilib.

Hazırda tibbi heyət tərəfindən cərrahi müdaxilənin mümkünlüyü qiymətləndirilir. Futbolçunun məşq prosesinə qayıdış müddəti bərpa mərhələsinin gedişinə uyğun olaraq fərdi şəkildə müəyyənləşdiriləcək.

İlkin tibbi rəyə əsasən, reabilitasiya dövrünün təxminən 10-12 həftə davam edəcəyi gözlənilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43