13 İyun 2026
Ölkə futbolu

“Turan Tovuz”dan heç-heçə, “Qarabağ”ın oyununda 6 qol 

Bu gün Azərbaycan Premyer Liqasında 22-ci tura yekun vurulub.

İdmanxeber.az xəbər verir ki, əvvəlcə “Turan Tovuz” “İmişli”ni qəbul edib. Görüş qolsuz bərabərliklə başa çatıb – 0:0.

Günün son oyunu isə turun mərkəzi qarşılaşası hesab olunub. Böyük maraqla gözlənilən matçda “Qarabağ” “Sabah”la heç-heçə edib – 3:3.

“Sabah” hazırda 53 xalla liderdir. Ehtiyatında bir oyunu olan “Qarabağ” isə 46 xalla 2-cidir.

1 mart (bazar)

Azərbaycan Premyer Liqası, 22-ci tur

16:30. “Turan Tovuz” – “İmişli” 0:0
Hakimlər:
 Fərid Hacıyev, Namiq Hüseynov, Rəhman İmami, Alik Yunusov

VAR: Əli Əliyev
AVAR: Elvin Bayramov
“Azersun Arena”

19:00. “Qarabağ” – “Sabah” 3:3

Qol: Xəyal Əliyev, 13 (0:1), Aron Maluda, 54 (0:2), Coy Lens Mikels, 60 (0:3), Pedro Bikalyo, 73 (1:3), Kevin Medina, 78 (2:3), Musa Qurbanlı, 84 (3:3)
Hakimlər: 
Tural Qurbanov, Asiman Əzizli, Cəmil Quliyev, Əkbər Əhmədov

VAR: Elçin Məsiyev
AVAR: Müslüm Əliyev
Tofiq Bəhramov adına Respublika Stadionu


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43