13 İyun 2026
Ölkə futbolu

Premyer Liqa: Bir matçda 10 min, digərində 60 azarkeş 

Azərbaycan Premyer Liqası XXII turunun ən çox azarkeş qeydə alındığı matçı bəlli olub.

İdmanxeber.az-ın məlumatına görə, bu, Tofiq Bəhramov adna Respublika stadionunda baş tutan “Qarabağ” – “Sabah” görüşüdür. Qarşılaşmanı tribunalardan 10 min 360 azarkeş izləyib.

Turun maraq göstərilməyən matçı isə “Araz Naxçıvan” – “Zirə” oyunudur. Mərdəkandakı görüşdə  cəmi 60 nəfər qeydə alınıb.

Digər oyunlardakı azarkeş sayı belədir:

Kəpəz – Sumqayıt – 300

Şamaxı – Neftçi – 1200

Qəbələ – Karvan-Yevlax – 150

Turan Tovuz – İmişli – 200

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43