Türkiyə Super Liqasının 27-ci turunda iki oyun təxirə salınıb.
İdmanxeber.az xəbər verir ki, qərar avrokubok matçları ilə bağlıdır. Türkiyə Futbol Federasiyasının açıqlamasına görə, Çempionlar Liqasında çıxış edən “Qalatasaray” və Konfrans Liqasında mübarizə aparan “Samsunspor”un liqa görüşləri planlaşdırılan vaxtda baş tutmayacaq.
“Qalatasaray” “Liverpul”a, “Samsunspor” isə “Rayo Vallekano” ilə qarşılaşacaq. Yeni tarixlər sonra açıqlanacaq.

