22 İyul 2026
Dünya futbolu

“Fənərbağça”nın futbolçusu Braziliyaya gedir

“Fənərbağça”nın qışda “Kasımpaşa”ya icarəyə verdiyi Rodriqo Bekao mövsümün sonunda klubdan ayrılmağa yaxındır.

İdmanxeber.az-ın məlumatına görə, Braziliya mətbuatı 30 yaşlı müdafiəçinin “İnternasional”la razılıq əldə etdiyini yazır. Təcrübəli futbolçunun “sarı-lacivərdlilər”lə vidalaşaraq vətəninə qayıdacağı gözlənilir.

Müdafiəçi “Fənərbağça”da 38 oyunda 2 qol və 1 assistlə yadda qalıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43