23 İyul 2026
Dünya futbolu

“Real”ın futbolçusu karyerasında ilk dəfə het-trik etdi

“Real”ın yarımmüdafiəçisi Federiko Valverde UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində “Mançester Siti” ilə oyunda het-trik edib.

İdmanxeber.az-ın məlumatına görə, Madrid şəhərindəki “Santyaqo Bernabeu” stadionunda keçirilən matçın ilk hissəsində üç qol vuran uruqvaylı futbolçu karyerasında ilk dəfə het-trikə imza atıb.

Qarşılaşmanın baş hakimi italiyalı Mauritsio Marianidir.

Komandalar arasında cavab oyunu martın 17-də Mançesterdəki “Etihad” stadionunda keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43