22 İyul 2026
Dünya futbolu

“Real” futbolçusuna 50 milyon qiymət qoydu

“Real” mövsümün sonunda Eduardo Kamavinqa ilə yollarını ayıra bilər.

İdmanxeber.az-ın məlumatına görə, Madrid klubu yay transfer pəncərəsində 23 yaşlı fransalı yarımmüdafiəçi üçün gələcək təklifləri dəyərləndirməyə hazırdır.

Onun transfer qiyməti təxminən 50 milyon avro olaraq müəyyənləşdirilib.

Kamavinqa bu mövsüm “Real”ın heyətində 31 oyunda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43