“Real”ın yarımmüdafiəçisi Eduardo Kamavinqanın komandadakı gələcəyi sual altına düşüb.
İdmanxeber.az xəbər verir ki, son vaxtlar zədələr və qeyri-sabit çıxışla diqqət çəkən futbolçu rəhbərliyin gözləntilərini doğrultmayıb.
“Bavariya” ilə oyunda qırmızı vərəqə alması da onun durumunu çətinləşdirib və artıq satışa çıxarıldığı bildirilir.
Məlumata görə, “Real” yayda gələcək təklifləri dəyərləndirməyə hazırdır. Kamavinqa ilə Premyer Liqa və Səudiyyə Ərəbistanı klubları maraqlanır.

