“Qalatasaray” heyətini gücləndirmək üçün transfer çalışmalarını davam etdirir.
İdmanxeber.az-ın məlumatına görə, klub Bernardo Silva ilə maraqlanır və onu yayda heyətinə qatmağı planlaşdırır.
“Mançester Siti” ilə yollarını ayırmağa hazırlaşan portuqaliyalı yarımmüdafiəçiyə “Yuventus”, “Barselona”, “Benfika” və MLS klubları da maraq göstərir.
Silvanın gələcək qərarını yayda verəcəyi gözlənilir. O, bu mövsüm 45 oyunda 3 qol və 5 assistlə yadda qalıb.

