08 İyun 2026
Ölkə futbolu

“Qarabağ” yeni transferi ilə müqavilə bağladı – Yayda komandaya qoşulacaq

Kiprin “Omoniya” klubunun vingeri Jali Muaddib karyerasını Azərbaycanda davam etdirəcək.

İdmanxeber.az-ın məlumatına görə, fransalı futbolçu “Qarabağ”la danışıqları uğurla başa çatdırıb və müqavilə şərtləri razılaşdırılıb. Artıq tərəflər arasında yeni sözləşmə imzalandığı bildirilir.

25 yaşlı hücumçu yayda Ağdam təmsilçisinə azad agent kimi qoşulacaq.

Kipr mətbuatı yazır ki, Muaddibin başqa klublardan təklifləri olsa da, avrokuboklarda müntəzəm çıxış etdiyi üçün “Qarabağ”ı seçib.

O, ötən yay Rumıniyanın “Botoşani” klubundan “Omoniya”ya transfer olunmuşdu. Muaddib hücumçu mövqeyində də çıxış edə bilər.

Xatırladaq ki, 25 yaşlı futbolçu cari mövsüm bütün turnirlərdə 28 oyunda meydana çıxıb, 4 qol vurub və 6 assist edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43