“Şamaxı” daha bir futbolçusu ilə yollarını ayırıb.
İdmanxeber.az xəbər verir ki, bölgə təmsilçisi Alfons Msanqa ilə vidalaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Tanzaniyaalı dayaq yarımmüdafiəçisinin mövsümün sonunda başa çatan müqaviləsinin müddəti artırılmayıb.
22 yaşlı futbolçu 2025/26 mövsümündə komandanın heyətində meydana çıxdığı 32 rəsmi matçda 3 qol vurub.

