08 İyun 2026
Dünya futbolu

“Mançester Yunayted” hücumçusunu gözləyir

“Mançester Yunayted” yay transfer dövründə yeni hücumçu transfer etməyi planlaşdırır.

İdmanxeber.az-ın məlumatına görə, klubun maraq dairəsinə İlliman Ndiaye düşüb. Hazırda “Everton”da çıxış edən futbolçu rəhbərliyin diqqətini çəkib. İngiltərə mətbuatı oyunçunun qısa siyahıya daxil edildiyini yazır.

Transferlə bağlı ilkin təmasların qurulduğu bildirilir. “Qırmızı şeytanlar” yaxın vaxtlarda vəziyyəti dəqiqləşdirəcək.

Futbolçunun taleyi yaxın həftələrdə müəyyənləşə bilər


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43