“Qarabağ”dan ayrılacağı gözlənilən Elvin Cəfərquliyevin növbəti mövsümə harda başlayacağı bilinmir. Təcrübəli müdafiəçinin Ağdam klubunun gələcək planlarına daxil olmadığı bəllidir.
Baş məşqçi Qurban Qurbanov millimizin üzvünün satışa çıxarıldığını açıqlamışdı. Onun qısa vaxtda klubda ayrılacağı gözlənilirdi.
Ancaq hələlik Cəfərquliyev üçün rəsmi təklif yoxdu. Onunla maraqlanan klublar olsa da, bu barədə “Qarabağ”a rəsmi müraciət edilməyib.
Ağdam klubunun futbolçu üçün tələb etdiyi təzminatın da yüksək olduğu bildirilir. Bu səbəbdən də millimizin müdafiəçisini heyətinə qatmaq istəyənlər transferdən vaz keçməyə məcbur qalır.
Elvinin özünə klub tapması üçün “köhlən atlar”ın güzəşti vacibdir. Əks təqdirdə Cəfərquliyevin növbəti mövsümü də “Qarabağ”ın əvəzedicilər heyətində keçirəcək.
İdmanxeber.az

