12 İyun 2026
Ölkə futbolu

AFFA-da klub nümayəndələri ilə görüş keçirildi

AFFA-nın Yarışların Təşkili Departamentinin əməkdaşları ilə liqalarda 2026/2027-ci illər mövsümündə iştirak edəcək komandaların nümayəndələri arasında görüş keçirilib.

İdmanxeber.az xəbər verir ki, görüşdə AFFA-nın baş katibinin müavini Elçin Məmmədov da iştirak edib.

AFFA-nın inzibati binasında baş tutan tədbirdə bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb, təkliflər müzakirə olunub. 2026/2027-ci illər mövsümündə liqaların formatı, eləcə də növbəti mövsümlərdə yarışların təşkili və keçirilməsi ilə bağlı planlaşdırılan dəyişikliklər barədə tərəflərin rəyləri öyrənilib.

Müzakirələrin daha səmərəli baş tutması məqsədilə klubların akademiya direktorları və koordinatorları da dəvət olunub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43