12 İyun 2026
Ölkə futbolu

11 klub “Turan Tovuz”la bağlı CAS-a MÜRACİƏT ETDİ

Misli Premyer Liqasında mübarizə aparan klublardan birinin təşəbbüsü ilə UEFA-ya və CAS-a müraciət olunub.

İdmanxeber.az Qol.az-a istinadən xəbər verir ki, müraciət “Turan Tovuz”un 2026/27 mövsümü avrokuboklardan uzaqlaşdırılması barədə UEFA-nın verdiyi qərarla bağlı bağlıdır.

Tovuz klubunun CAS-a şikayətinə dəstək məqsədilə ünvanlanan müraciəti “Zirə” də daxil olmaqla Misli Premyer Liqasında yarışan 11 klub (“Turan Tovuz” istisna olmaqla) imzalayıb.

Məktubda “Turan Tovuz”un Azərbaycan futbolunun inkişafında oynadığı mühüm rol, son illər apardığı işlər və daha öncə baş verən proseslərin əvvəlki rəhbərliyin dövründə olduğu qeyd edilib.

Əlavə edək ki, CAS-da “Turan Tovuz”un şikayətinə iyunun 15-də baxılacağı gözlənilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43