“Mançester Yunayted” yay transfer dönəmində yarımmüdafiə xəttini gücləndirməyi planlaşdırır.
İdmanxeber.az-ın məlumatına görə, klub “Vest Hem”in futbolçusu Mateus Fernandeslə maraqlanır. Portuqaliyalı oyunçuya PSJ və “Arsenal”ın da diqqət göstərdiyi bildirilir. “Qırmızı şeytanlar” yaxın günlərdə rəsmi təklif hazırlaya bilər.
Baş məşqçi yeni mövsüm öncəsi orta xəttə daha yaradıcı oyunçu cəlb etmək istəyir.
Fernandesin transferinin yay aylarının diqqətçəkən keçidlərindən biri ola biləcəyi vurğulanır.

