Futbol üzrə Türkiyə millisi dünya çempionatında ilk oyununa çıxacaq.
İdmanxeber.az-ın məlumatına görə, D qrupunda yer alan yığma I turda Avstraliya seçməsi ilə üz-üzə gələcək. Qarşılaşma iyunun 14-də Bakı vaxtı ilə səhər saat 08:00-da start götürəcək.
Turnirin ilk turunda daha üç görüş keçiriləcək. Bu gün saat 23:00-da B qrupunda Qətər və İsveçrə milliləri münasibətlərinə aydınlıq gətirəcəklər. İyunun 13-dən 14-nə keçən gecə, saat 02:00-da C qrupunda Braziliya Mərakeşlə, saat 05:00-da isə Haiti Şotlandiya ilə qarşılaşacaq.
Qeyd edək ki, ABŞ, Meksika və Kanadanın ev sahibliyi etdiyi mundiala iyulun 19-da yekun vurulacaq.

