İngiltərə Premyer Liqasında yeni mövsümə hazırlaşan “Tottenhem” növbəti transferini reallaşdırmağa yaxındır.
İdmanxeber.az-ın məlumatına görə, London təmsilçisinin “Mançester Siti”nin futbolçusu Savinyo ilə razılıq əldə etdiyi bildirilir. Mənbələrin məlumatına görə, keçidin yaxın günlərdə rəsmiləşdirilməsi gözlənilir. Klub daha əvvəl Endi Robertson və Markos Senseninin keçidini də tamamlayıb.
Rəhbərlik yeni mövsümdə çempionluq uğrunda mübarizə aparacaq heyət formalaşdırmağa çalışır. Savinyo isə hücum xəttinə sürət və yaradıcılıq gətirəcək futbolçu kimi qiymətləndirilir.

