“Zirə” kapitanı, Azərbaycan millisinin üzvü Qismət Alıyevlə müqaviləni uzadıb.
İdmanxeber.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
29 yaşlı cinah müdafiəçisi ilə 2 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Qismət Alıyev 2020-ci ildən “Zirə”də oynayır.
Xatırladaq ki, paytaxt təmsilçisi bunadək Eren Aydınla, Davit Volkov, Aydın Bayramov, Elçin Əlicanov və Enrike Kustodio ilə də müqaviləni uzadıb.

